Implant Center
Implant Center
yellow yellow blue
home lupa mail
Azeri lang Russian lang English
Implant Center
menu Worldmed
menu Xidmətlər
menu Sterilləşdirmənin Protokolu
menu Əlaqə

 








Курорт Нафталан




kv
Xidmətlər

    Biz sizə aşağıdakı xidmət növlərini təklif edirik:

Tam diaqnostik müayinə

    Ən müxtəlif texnologiyalardan və rentgen çəkilişlərindən istifadə etməklə, bizim Həkim dişlərinizin və sümük toxumalarının vəziyyəti barədə tam informasiya verəcəkdir ki, bu da dəqiq diaqnoz qoyulmasına, mümkün xəstəliklərin proqnozlaşdırılmasına və düzgün müalicə planının tərtib olunmasına şərait yaradacıqdır.

Uşaqlar və böyüklər üçün terapevtik müalicə

    Plomblanma
    Klinika ən müasir texnologiya - ABŞ-da istehsal olunan işıqda bərkiyən kompozitlər vasitəsilə dişlərin plomblanmasını təklif edir. Bu plombun qoyulması üçün xəstənin bir gəlişi kifayətdir. Digər tip isə kompozit, qızıl və keramik plomblardır. Onlar laboratoriyada hazırlanır və qoyulması üçün xəstənin bir neçə dəfə gəlməsini tələb edir.

    Endodontiya (kanalların müalicəsi)
    Xəstənin bir neçə gəlişi zamanı həyata keçirilən bu prosedur kanalların təmizlənməsini və onların Amerika standartına uyğun olaraq, quttaperçadan qayrılmış milciklər vasitəsilə plomblanmasını nəzərdə tutur. Bu metod damar-sinir topasına malik diş boşluğunun infeksiyası zamanı istifadə olunur.

Dişlərin çəkilməsi və implantasiya

    Klinikada ağrısızlaşdırmaq yolu ilə müxtəlif çətinlikli dişlərin çəkilməsi həyata keçirilir.
    Dişlərin implantasiyası - diş yuvalarına titan milciyin yeridilməsi və metal-keramik koronkalar vasitəsilə protezləşdirmə prosedurudur. Əməliyyat ağrısızlaşdırma yolu ilə bir neçə mərhələdə həyata keçirilir. Çıxan protezlərə malik xəstələr üçün də implantasiya mümkündür.

Protezləşdirmənin müxtəlif növləri

    Klinika farfor (keramik) və metal-keramik koronkalar, "körpü"lər, bügel protezləri, həmçinin qismən və çıxan protezlər təklif edir.

Kosmetik prosedurlar (vinirlər də daxil olmaqla)

    Vinirlər - dişlərin rəngini, ölçüsünü və formasını düzəltməyə imkan verən farfor lövhəciklərdir. İki cür vinirlərdən istifadə olunur: işıqda bərkiyən vinirlər xəstənin bir gəlişini, farfor vinirlər isə bir neçə gəlişini tələb edirlər. Vinirlər ABŞ laboratoriyalarında hazırlanır.

Ortodont üzrə məsləhətlər

    Ortodontik aparatlardan, breket sistemlərdən (plastik örtüklü metal məftil karkası) istifadə etməklə dişlərinizin üst-üstə düşməsindəki qüsurlar aradan qaldırılır.

Dişlərin gigiyenik təmizlənməsi və ağardılması

    Bu prosedur damaqaltı və damaqüstü diş daşlarının və ərpin təmizlənməsini nəzərdə tutur. Klinikaya vaxtında və müntəzəm gəlməklə siz paradontozdan yaxa qurtara bilərsiniz. Ağardılma vasitəsilə diş minasının rəngini daha parlaq etmək olar. (Xəstələr).

BİZ SİZƏ KÖMƏK ETMƏYƏ HƏMİŞƏ ŞADIQ!
yl pxl
Unvan
American Dental Implant Center American Dental Implant Center American Dental Implant Center American Dental Implant Center American Dental Implant Center American Dental Implant Center American Dental Implant Center
Site By Flexible Solutions